Ağılsızların ümidlənməsi

Ümidvar olmaqla Allahın əmrlərinə tabe olmaq və Onun sərhədlərini qorumaq arasında çox mühüm əlaqə var. İnsanın Allahın rəhmətindən ümidvar olması, əlbəttə, Ona olan yaxınlığı və bağlılığı, Quranın hökmlərini nəzərə almasıyla mütənasibdir. Yoxsa Allahı xatırlamayan, həyatını öz bildiyi kimi yaşayan, Allahın hökmlərindən üz döndərən bir insan, əgər bu rəftarlarını düzəltməsə, tövbə edib Allaha təslim olmasa bu əxlaqına qarşılıq gözəl mükafat veriləcəyini düşünməsi, təkcə özünü aldatmaq olar.
Məhz, ağılsızlar bu cür ümidlənər. Allahı lazımınca tanıyıb təqdir edə bilməyən, Qurandan, İslamdan xəbəri olmayan bir çox insan vardır ki, axirətdə gözəl qarşılıq alacaqlarına özlərini inandırıblar. Bu möminlərin ümidvar olma xüsusiyyətlərindən kənar, inancsızlığın gətirdiyi qorxmazlığı və çirkin cəsarəti göstərir. Bu insanlar din əxlaqından uzaq olduqları üçün sıxılan vicdanlarını, bu cür saxta ümid və gözləntilərlə rahatlaşdırmağa çalışar, özlərini də buna inandırarlar. Məsələn, bir tədqiqatçı Quran əxlaqına uyğun kiçik bir davranış sərgiləməsə də, gördüyü elmi işlərin özünü "qurtaracağını" ümid edər. Yaxud bir fəlsəfəçi dini rədd etsə belə, çox mədəni bir insan olduğu üçün digərlərindən üstün olduğunu və axirətdə buna müvafiq qarşılıq alacağını zənn edər. Bir tacir isə, insanlara təmin etdiyi mal və imkanlar sayəsində axirətdən gözlənti və ümid içində olar. Halbuki bu insanların danışıqlarına baxıldığı zaman, əslində axirətin varlığı barədə şübhə içində olduqları görünər. Bir ayədə inanmadığı halda, axirətdən yana gözlənti içində olan bu insan modeli ayələrdə bu cür bildirilir:

Onlara iki kişinin əhvalatını misal çək; Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Birinin başqa məhsulları da vardı. Beləliklə, o öz dostuyla danışarkən ona: "Mən sərvətcə səndən daha zəngin və adamlarımın sayına görə səndən daha qüvvətliyəm!".
O nəfsinə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa quruyub yox olacağını düşünmürəm. Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha xeyirli bir nəticə qismətim olacaq!" (Kəhf surəsi, 32-36)

Göründüyü kimi, qiyamət gününə belə şübhə edən bu insan, axirətə getdiyi təqdirdə xeyirli bir nəticə ilə qarşılaşacağı şəklində əsassız məntiqə sahibdir. Bu əsassız   məntiqi də, həqiqətən iman gətirməməsinin gətirdiyi, ağılsızlığından qaynaqlanır. Bu nümunə dövrümüzdə də olduqca yayılmış bir zehniyyəti əks etdirir.

Bu axmaq ümid və gözlənti içində olanlar, dünyada (öz mənfəətlərinə mütənasib şəkildə) etdikləri yaxşılıqların qarşılığını almalarının lazım olduğunu, bunu təbii haqqları olduğunu düşünərlər. "İşləmək ən böyük ibadətdir", "xalqa xidmət Haqqa xidmətdir" kimi şüarları mənimsəyər və tez-tez istifadə edərlər. Əlbəttə ki, bu düşüncələr səmimi olduğu müddətcə insana fayda verə bilər, lakin bir tərəfdən Allaha qarşı nankor və üsyankar rəftar göstərər və Quranda qadağan edilən hər cür çirkin rəftarı, pis əxlaqı tətbiq edərkən, digər tərəfdən də dünyada nəfsi üçün gördüyü işlərdən qarşılıq gözləmək məntiqsizdir. Lakin bu cür insanlara bunun boş və axmaq gözlənti olduğu, Allah qatında qiymətli olanın iman gətirib yalnız Allahın rizasını qazanmaq üçün görülən işlər olduğu xatırladıldıqda, bu həqiqəti qəbul etməyə yanaşmazlar. Halbuki Allaha iman gətirmədən və Allahın rizası nəzərə alınmayan işlərin axirətdə qazanc gətirməyəcəyi, boşa gedəcəyi Quranda bildirilən həqiqətlərdir. İman gətirilmədiyi təqdirdə (Allahın diləməsi istisna olmaqla) həqiqətən də görülən işlərin boşa gedəcəyi ayələrdə belə xəbər verilmişdir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Özlərini dindar zənn etdikləri halda, əslində Quranda təsvir ediləndən fərqli bir dini modeli mənimsəyən və dolayısilə şirkə düşən insanlar da, axirətdən yana boş ümid və gözlənti içindədirlər. Halbuki Qurandan başqa heç bir dini anlayış və tətbiqin Allah qatında dəyəri yoxdur. Çünki Allahın bildirdiyi haqq din Qurandadır, bundan savayı din adından, İslam adından mənimsənilən modellərin heç biri Allah qatında etibarlı deyil. Quranda dinə xidmət etdiyini zənn edən, lakin şirkə əsaslanan zehniyyətlərindən ötrü, xidmətləri hədər olanlardan belə bəhs edilir:

Şirk qoşanların, öz inkarlarına bilavasitə özləri şahid olduğu halda, Allahın məscidlərini təmir etmələrinə (haqq və səlahiyyətləri) yoxdur. Məhz bunlar, etdikləri hədər olanlardır. Həmçinin bunlar odda əbədi qalacaq kimsələrdir. (Tövbə surəsi, 17)

Şirk qoşduqları halda, axirətdən yana gözlənti içində olanların, axirətdə heç gözləmədikləri bu vəziyyət qarşısında düşdükləri bu heyrət də Quranda belə bildirilir:

O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şirk qoşanlara deyəcəyik: “(Bir şey) zənn edərək şirk qoşduqlarınız haradadır?”
Sonra onların: "Rəbbimiz olan Allaha and olsun ki, biz müşrik deyildik" deməkdən başqa fitnələri olmadı (qalmadı).
Bax, özlərinə qarşı necə yalan söylədilər və uydurduqları da özlərindən uzaqlaşıb yox çıxdı. (Ənam surəsi, 22-24)

Göründüyü kimi ümidvar olmaq, ancaq imanla dəyər qazanır, bir ibadət və gözəl əxlaq xüsusiyyətinə çevrilir. Həqiqi imana sahib olmadan, Quranın hökmlərini nəzərə almadan, Allahın bildirdiyi ibadətləri yerinə yetirmədən, Allahdan və axirətdən ümid və gözlənti içində olmaq isə, öz aləmində vicdanı rahatlatmağa xidmət edən, səmimiyyətsiz və əsassız zehniyyətin məhsuludur. Belə bir düşüncənin özünü aldatmaqdan savayı bir mənası da yoxdur. Möminlərin ümidvar olmaları ilə, qəflət əhlinin və müşriklərin boşuna ümidlənmələrini bir-birinə qarışdırmamaq lazımdır.
Allahdan cənnəti ümid edən bir insan da bunun üçün Allahın ayələri istiqamətində davranışlar sərgiləməlidir. Allahın rizasına uyğun davranan, Onun əmr və tövsiyələrinə əməl edən, heç bir şərait və mühitdə Allahın ayələrindən güzəştə getməyən insan, bu vəziyyətdə Allahın cənnətlə mükafatlandıracağını bildirdiyi insanlardan olmağı ümid etməyə haqq qazanar. Bir ayədə belə bildirilir:

Var-dövlət və övladlar dünya həyatının cəlbedici bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha xeyirlidir. (Kəhf surəsi, 46)

Bura qədər deyilənlərlə birlikdə mühüm bir mövzuya diqqət çəkməkdə fayda var. Bir insan bu ana qədər Allahın bəyənməyəcəyi bir əxlaqı və həyat tərzini davam etdirmiş ola bilər. Lakin mühüm olan insanın Quranda bildirilən həqiqətlərdən xəbərdar olduqdan sonra Allaha tövbə edib, səmimi insan olmağa qərar verməsidir. Həmçinin bu qərarı istiqamətində gözəl əxlaq göstərərək həyatına davam etməsidir. Bu yolla həmin bu insan keçmişdə etdiyi səhvləri Allahın bağışlamasını və cənnəti ümid edə bilər.