Dinsizlik insanları ümidsizliyə və nəşəsizliyə sürükləyər

Adnan Oktar: Din ruhun qidasıdır, insanların gümrah, şən, sağlam olmasını təmin edən ruhi dərmandır eyni zamanda, Allah bizi dinlə sağlam olacaq şəkildə yaratmışdır. Din getdikdə insanların sağlamlığı pozulur, cəmiyyətlərin sağlamlığı pozular, baxın çölə, insanların nə qədər bədbəxt olduğunu görəcəksiniz, bu din təhsilinin kafi verilməməsindən qaynaqlanır. Din insana sevinc bəxş edər. Yaşama arzusu, yaşama həyəcanı verər. O biri cür insanlarda ümidsizlik, qorxu və təvəkkülsüzlük meydana gələr. Bunun nəticəsində də ruhən və bədən cəhətdən çökmə yaşanar, hətta ictimai çökmə də olar. Məsələn, iqtisadi böhranın təməlində də yenə ateist düşüncənin qalib hücumları var. Darvinist düşüncənin hücumları var. Bunu elm adamları söyləyir, iqtisadi böhranın kökü budur deyə. Darvinizmdən qaynaqlanır şəklində açıqlamaları var. İnsanları laqeydliyə sövq edir, televole mədəniyyətinə sövq edir. Hər kəs özünü xilas etmək ardınca qaçır. Yəni vətən, millət, din, iman kimi belə yüksək düşüncələr insanlar üçün unudulması lazım olan hadisələr kimi qalır. Köməksevərlik, fədakarlıq, vətənə, millətə faydalı olma düşüncəsi ortadan qalxır. Daha eqoist, özünü düşünən xarakter meydana gəlir. Bunun nəticəsində isə, iqtisadiyyatda da inkişaf yaşanmır, kənd təsərrüfatında da inkişaf yaşanmır, hər kəs özünü xilas etməyin ardınca qaçır. Dolayısilə insanlar pullarını çəkirlər, içlərinə qapanırlar, kimsəyə etibar edə bilmədikləri üçün pul bloklanmış olur, yalnız özünü canlı tutma, ailəsini canlı tutma düşüncəsi olur. O zaman da cəmiyyət getdikcə iqtisadi cəhətdən çöküşə doğru gedir... Həddən ziyadə, yəni bir kərə rəqabət ehtirasını meydana gətirir. Gələcək düşüncəsi insanlarda yox olur, çünki "necə olsa ölüb gedəcəyəm" deyir. "Boşluq olacağam mən. Həyatın mənim üçün heç bir mənası yoxdur" deyir. "Mən yalnız həyatın dadını çıxardım" düşüncəsində olur. Dolayısilə rəqiblərini əzmə düşüncəsində olur. Halbuki rəqiblərinin əzməsi ilə deyil, rəqiblərinin də güclənməsi ilə iqtisadiyyat güclənər. Yəni əzən-əzənə olan bir sistemdə, o onu əzir, o onu əzir sonunda ikisi də məhv olmağa gedir, elə deyil? İki əlavə bir-birinə vuran kimi, ikisi də mənfiyə çevrilir bu dəfə. Darvinizmin düşüncəsi də budur onsuz da. Vuruşmanı tövsiyə edər, vuruşmanı təşviq edər və vuruşmanı elmi bir həqiqət kimi göstərər. Bunun nəticəsində isə, cəmiyyətdə degenerasiya və pozulma baş verir. I və II Dünya müharibələrinin təməlində də bu vardı. Vuruşma məntiqi vardı. Darvinizmin dünyadakı təsiri özünü sırf faşizmlə göstərmədi, kommunizmlə də göstərdi, vəhşi kapitalizmdə də göstərdi. Hər yerdə göstərdi və dünyanı bədbəxtliyə, nəşəsizliyə və ümidsizliyə sürüklədilər. Hazırda dünyada heç kim heç kimə güvənmir. Hər kəs bir-birindən qorxur, hər kəs bir-birindən çəkinir. Süni şəkildə nəşələnməyə çalışırlar. İntihar halları artdı. Narkotik istifadəsi çox kəskin şəkildə inkişaf etdi. Yuxarı sinif şagirdlərinə qədər gəlib çatdı və bunu dayandıra da bilmirlər. Amerikada, Avropada hər yerdə belədir. Hələ 14 yaşında, 15 yaşında uşaq narkotik aludəçisi olar. Dolayısilə darvinizm dünyada heyrətamiz təxribat meydana gətirdi. Bunu, din dərsləri ilə də olar, fəlsəfə dərsləri ilə də olar, aradan qaldırmağın yolu gənclərə elmin göstərdiyi həqiqətləri göstərməkdir. Yəni saxta elmin, yalanların yerini elmlə, elmin həqiqətən göstərdiyi konkret dəlillər vasitəsilə həqiqəti ortaya qoymaqla olar (hörmətli Adnan Oktarın Dem telekanalına verdiyi müsahibədən, 18 dekabr 2009-cu il).