Ümidvar olmağın təməli: "taleyə təslimiyyət"

Çoxlu sayda insanın, başına gələn ani və gözlənilməz hadisələr qarşısında tez-tez ümidsizliyə qapıldığı görünər. Məsələn, işində müvəffəqiyyətsiz olan, çox sevdiyi bir əşyanı itirən və ya mütləq keçmək istədiyi dərsdən qalan bir insan, əgər bu mövzuları həyatının məqsədi halına gətiribsə heç gözləmədiyi bu nəticələrdən hər hansı birinə tab gətirə bilməz və böyük kədər yaşayaraq sarsılar.
Çünki bütün ümidlərini, hədəflərini, hadisələrin özü planlaşdırdığı kimi baş verməsinə başlamışdır. Lakin həyatı həmişə qurduğu plana görə işləməz, həyatın gedişatında gözləmədiyi bir çox hadisə ilə də qarşılaşa bilər.
Məsələn, memar olmağı çox istəyən bir insan memarlıq imtahanlarına çox yaxşı hazırlaşmışdır. Gələcəklə əlaqədar bütün planlarını irəlidə memar olacağını düşünərək qurmuşdur. Lakin heç gözləmədiyi bir şey olar və memarlıq əvəzinə başqa ixtisasa qəbul olar. Memar olmağı planlaşdırarkən, çox fərqli bir peşənin təhsilini almaq məcburiyyətində qalar.
İdmanla məşğul olan və həyatı boyu idmanla əlaqədar işlər görəcəyini planlaşdıran bir insan da gənc yaşında sağlamlığını itirərək idmanla əlaqəsini kəsmək məcburiyyətində qala bilər. Yaxud diqqətlə yeni bir ev döşəyən insan həmin evdə heç otura bilmədən borca görə evini satmaq məcburiyyətində qala bilər.

Yaşadığı həyatı boyunca bunlara bənzər bir çox gözlənilməz hadisə insanın başına gələ bilər. Əslində, bir an sonra belə nə olacağı, insanın nə ilə qarşılaşacağı bəlli deyil. Bu mövzuda tək bilinə biləcək şey, insanın yaşayacaqlarının, hələ o doğulmadan yüzlərlə, hətta milyardlarla il əvvəldən bəlli olmasıdır. Daha doğrusu, insanın yaşayacağı hər an "zamansızlıqda" müəyyəndir. İnsan günü, saatı gəldikdə həmin hadisəni mütləq yaşayacaq. Bu, onun taleyidir. Allahın müəyyənləşdirmiş olduğu tale mütləq yaşanacaq. Bu vəziyyəti gündəlik həyatdan bir nümunə ilə belə açıqlaya bilərik:
Zehnimizdə iki avtomobilin bir-biri ilə toqquşduğu anı canlandıraq. Ehtimal ki, hər iki tərəfin də mütləq tezliklə çatmaq istədikləri yerlər var. Bəlkə evdə özlərini gözləyən ailələrinin yanına, bəlkə də çatmaq məcburiyyətində olduqları işlərinə getmək istəyirlər. İki tərəf də müəyyən saatlarda evlərindən çıxmış, avtomobillərinə minmişdirlər.

Bəlkə qəzanın baş verdiyi küçəyə girmədən əvvəl qısamüddətli qərarsızlıq anı yaşamış, ən sonunda da hadisənin baş verdiyi küçəyə daxil olmağa qərar vermişdirlər. Sürücülərdən biri və ya hər ikisi də həyatları boyu avtomobillərini çox diqqətlə idarə edən, tədbirli insanlar ola bilər. Lakin tam o əsnada biri gözünü yoldan ayırıb avtomobilin maqnitofonu və ya başqa hər hansı mövzu ilə maraqlanar. Hər şey o hadisənin olması üçün xüsusi təşkil edilmişdir, hər təfərrüat insanları o hadisəyə aparar.

Ümumiyyətlə yaşananlar bir an içində baş verər. Avtomobillərin bir-biri ilə toqquşması, gözlənilməyən hadisənin yaşanması çox qısa müddətdə gerçək ola bilər. Halbuki o hadisənin hər təfərrüatını taledə Allah yaratmışdır. Avtomobilləri idarə edən insanların qəza anında diqqətlərinin dağılmasına, maqnitofonda çalan musiqiyə, qəzanı edənlərin paltarlarına qədər hər şey taledə əvvəlcədən mövcuddur. Qəzanı törədəcək insan o gün o paltarı geyər, evindən çıxar, qəzanın baş verdiyi küçəyə daxil olar və həmin qəzanı mütləq törədər. Heç nə o qəzanın yaşanmasına mane ola bilməz.
Allah bu cür təqdir etmişdir. Bu mövzuda, "kaş ki, o küçəyə girməsəydim", "kaş ki, maqnitofonla deyil, yol ilə maraqlansaydım" kimi məntiqlər irəli sürmək olduqca səhv olacaq. Bu yanlış dünyagörüşü ilə heyfislənmələrin, peşmanlıqların sonu da gəlməz. Qəzanın səbəbi axtarılsa, bir çox səbəb göstərilə bilər. Lakin işin əsli, o hadisə taledə səbəbləri ilə birlikdə hazır vəziyyətdə yaradılmışdır.

Bu həqiqətlə ilk dəfə üz-üzə gələn insan "bəs o zaman nə edə bilərəm?" deyə düşünə bilər. Madam ki, hər şey taledə hazır vəziyyyətdə yaradılıb və hamısını Allah bilir, bu təqdirdə insan necə davranmalıdır?

Yuxarıdakı sualların cavabı, hər şeyin doğrusunu öyrəndiyimiz Quranda bizə çox açıq şəkildə açıqlanmışdır. İnsanın özü üçün hazırlanan taleyə təslim olması, yaşadıqlarında həmişə xeyir axtarması, kədərlənməməsi, ümidsizliyə qapılmaması və hər şərtdə şükür edən qul olması Qurana görə ən gözəl və ən doğru davranış olacaq:

De: "Allahın bizim üçün yazdıqlarından başqa bizə heç nə üz verməz. O bizim mövlamızdır. Həmçinin möminlər yalnız Allaha təvəkkül etməlidirlər!" (Tövbə surəsi, 51)

Allah bütün kainatı, planetləri, Günəşi, Ayı, ağacları, okeanları, insanları, heyvanları, bir sözlə, canlı-cansız hər şeyi yaradan olduğu kimi, bütün hadisələri də ən incə təfərüatlarına qədər yaradandır. Bu həqiqət Quranda belə bildirilir:

Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyi Yaradandır, elə isə Ona ibadət edin. O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)

Allaha iman gətirən, axirətin varlığına inanan və Allahdan qorxan müsəlman hər şeyi yaradan Rəbbimizə təslim olar. Yəni başına gələn hər şeyə qarşı olduqca təslimiyyətli olar, hər hansı şeydən ötrü ümidsizliyə qapılmaz. Çünki hər şeyi Allah idarə edər. Rəbbimiz isə onun ən böyük dostu və vəkilidir. Müsəlman Allahdan gəldiyinə iman gətirdiyi üçün, hadisələr qarşısında təşvişə, ümidsizliyə qapılmasının çox yanlış davranış olacağını bilər. Allahın yaratmasının mükəmməlliyindən xəbərdardır; qarşılaşdığı hadisənin ən mükəmməl şəkildə yaradıldığını düşünər. Bəzən hadisələr öz əleyhinəymiş kimi görünsə də, o bütün bunlarda özü üçün xeyir olduğunu bilər. Möminlərin reaksiyaları ilə taleyə təslim olmayan insanların hadisələr qarşısında verdikləri reaksiyalar bir-birlərindən çox fərqli olar. Məsələn, mömin özü üçün çox xeyirli olacağını düşündüyü bir iş görüşünə çatmaya bilər və buna görə də, iş imkanını itirmiş ola bilər.

Lakin taleyin yaşandığını çox yaxşı bildiyi və çalışdığı halda görüşə yetişə bilməməsinin Allahın idarəsində olduğunu bildiyi üçün: "deməli, bu iş mənim üçün xeyirli deyilmiş" deyə düşünər və hadisənin o cür yaşanmış olmasına şükür edər. Allahın özü üçün daha xeyirli bir nəticə yaradacağını ümid edər. Görüşə gecikmə səbəbi olaraq, tıxacı və ya partlayan təkərini düşünməsinin çox yanlış olacağını bilər. Belə ki, Allah istəsə tıxac yaranmaz və ya heç bir təkər partlamaz.
Tıxac, partlayan təkər və ya buna bənzər şərtlər, əlbəttə ki, insanın gedəcəyi yerə gecikməsinə görünən səbəb təşkil edərlər. Lakin görünən şərtlərdən olduqca əhəmiyyətlisi, insanın neçə illər əvvəl onun üçün hazırlanmış və olması lazım olduğu şəkildə işləyən taleyidir. Yuxarıdakı nümunədə bəhs olunan insanın taleyini Allah "o görüşməyə qatılmamış" kimi yazmışdır. Dolayısilə heç bir şərtdə qatıla bilməsi qeyri-mümkündür.
Əgər hər hansı maneə meydana gəlirsə, bütün bunlar, Allah möminlərə bir xeyir istədiyi üçün olur. İnsanın bu təslimiyyəti tam qavraya bilməsi üçünsə, Allahı tam mənası ilə dost və vəkil tutması və Ona səmimiyyətlə yönəlməsi lazımdır.
Allahın Quranda insanlara əmr etdiyi əxlaq modelinin ən mühüm xüsusiyyətlərindən biri (insanın hansı şərtlə qarşılaşsa da) heç vaxt ümidsizliyə və yanlış düşüncəyə qapılmamasıdır. Ümidsizlik, imansızlığın və ya zəif imanın göstəricisidir. Hadisələri Allahın yaratdığını, hər şeyin müəyyən tale əsasında baş verdiyini qavraya bilməməyin nəticəsidir. Bu, Allahın Quranda önəmlə bildirdiyi səhvlikdir. Çünki ümidsizliyin altında Quran əxlaqına müxalif  ruh və düşüncə tərzi yatır. Bu da Allahın qadağan etdiyi davranışdır. Qurana baxdığımızda Allahın bir çox ayədə insanlara təvəkküllü olmağı, ümidvar olmağı, hər hadisəni xeyir gözüylə qarşılamağı tövsiyə etdiyini görərik.
Möminlər insanlar üçün ən ağır deyilə biləcək, məsələn, yaralanma, bütün mal-dövlətini itirmə kimi gözlənilməyən hadisələrlə də qarşılaşdıqları zaman olduqca təvəkküllü, səbirli görünüş göstərərlər. Bunun səbəbi hadisələri Allahın yaratdığını bilmələridir. Ətrafımızda gördüyümüz və görmədiyimiz hər cür canlını mükəmməl şəkildə yaradan, hər birinə həyat verən Allahdır. Hər şeyi yaradan Allah, yer üzündə yaşayan və yaşamış olan hər insanı və hər birinin taleyini də ayrı-ayrı yaratmışdır.
Bizdən minlərlə kilometr uzaqda, tam fərqli qitədə, dünyanın digər ucundakı bir ölkədə yaşayan insanın yaşadığı ən incə təfərrüatlar da Allahın nəzarətində baş verir. Allah hər şeyi əhatə etmişdir, eləcə də, hər şeyi və hər məkanı görür, hər səsi eşidir. Üstəlik, onsuz da,  "məkan", "səs", "görünüş" kimi anlayışları yaradan bilavasitə Allahdır.

Beləliklə, hər şey Allahın nəzarətində olduğu halda, insanın başına gələn hadisə qarşısında ümidsizliyə qapılması çox yanlış hərəkət olar. Çünki həmin hadisə, insan istəsə də, istəməsə də, mütləq baş tutacaq. Həmçinin bütün hadisələr insanın xeyirinə baş verir. Burada əsl əhəmiyyətli olan, hadisələrdəki xeyiri görə bilməkdir. Xeyir axtaran insan, əslində hadisələrin nə qədər mükəmməl olduğunu görəcək və imanı artacaq.

Ümidlə ümidsizlik arasında da buna bənzər fərq var. Ümid ağla və məntiqə nə qədər uyğundursa, ümidsizlik də bir o qədər zidddir. Məsələn, insan çox yaxşı hazırlaşdığı bir imtahanda müvəffəqiyyət qazanmamış ola bilər. Çox çalışmış olmasına baxmayaraq, imtahanı keçə bilmədiyi üçün sarsıldığını, ümidsizliyə qapıldığını fərz edək. Bunun ona mənəvi və maddi cəhətdən heç nə qazandırmayacağı aydındır. İnsan ümidsiz ruh halı ilə heç nəyə nail ola bilməz. Üstəlik, yaşadığı əhval pozğunluğu, dərd və sıxıntıdan ötrü ruhi və bədən cəhətdən də zərər görəcək.

Halbuki Allah onun üçün bəlkə də başqa bir xeyiri istəyir. Bəlkə də onun üçün həmin il o universitetdə oxuması deyil, imtahana təkrar hazırlanması xeyirlidir. Bəlkə növbəti il daha yaxşı universitetə daxil olacaq. Yaxud daxil olmaq istədiyi universitet, qəbul olmaq istədiyi peşə sahəsi gələcək həyatında onun üçün sıxıntı və çətinlik yaradacaq.

İnsanlar həyatları boyu bəzən xeyirini bilmədikləri bu cür hadisələrlə qarşılaşarlar. Çox istədikləri işə girə bilməz, çox ehtiyacları olan yüklü miqdarda pulu itirər, böyük zəhmətlə qazandıqları pulla aldıqları qiymətli əşyaları oğurlanar və ya sevdikləri bir insanı itirərlər… Buna bənzər hadisələr hər insanın başına gələ bilər. Allah ayədə insanların malları və canları ilə sınanacaqlarını ifadə edib. Ayələrdən səbir edənlərin xeyirə nail olacaqları, üsyan edən, ümidsizliyə qapılanların isə itki ilə qarşılaşdıqları aydın olur. Səbir edən və səbri müqabilində cənnətə gedənlərdən olmaq üçün, əlbəttə, "ümidvar olmağın əhəmiyyətini" çox yaxşı qavramaq lazımdır.

 Ümidvar olmağın, "Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər”, (Yusif surəsi, 87), ayəsi ilə fərz olduğunu, yəni Allahın əmri olduğunu, əksinin isə Allahın bəyənmədiyi əxlaq olduğunu bilmək və Allahı dost tutub, Onun rizasını qazanmağa çalışmaq lazımdır.

Taleyə təslimiyyət həyatı gözəlləşdirən nemətdir

Adnan Oktar: Allah sonsuz ağıldır, sonsuz gücdür. Sonsuz olan hər şeydir Allah. İnsanlar qul kimi yaradılarlar. Qul kimi yaradıldığı zaman, taleyi bəlli olaraq yaradılar. Yəni başlanğıcı vardır insanın. Lakin sonu yoxdur. Sonu cənnətə və ya cəhənnəmə gedər. Lakin burada son yoxdur. Məsələn, biz hazırda sizinlə danışırıq. Bu 2007-ci ildə olur, lakin hələ siz dünyaya gəlmədən burada bu danışığı aparmışdınız. Mən də hələ dünyaya gəlmədən burada bu danışmağı aparmışdım. Sözlər bəlli idi. Məsələn, neçə stəkan su içəcəyim, buradakı çiçəklərin sayı, bir qədər əvvəl külək salfet kağızı yerə saldı, müxtəlif yerlərə yayıldı o. O da taledə yerləri bəlli idi. Bütün bu təfərrüatlar bəllidir. Həmçinin bu qətiyyən dəyişməz. Biz qul olduğumuz üçün taleyə tabe olarıq. Allahın yaratdıqlarını görərik.
Əl-Cəzirə: İndi hadisə daha çətinləşdi.

Adnan Oktar: Xeyr, daha gözəlləşdi. Allah bizi idarə edir. Bu mövzuda heç zəhmət çəkməməyimiz üçün, Allah taleyi yaratmışdır. Çox böyük nemətdir. Məsələn, sizin soruşacağınız hər sual taledə bəllidir. Mənim verəcəyim hər cavab taledə bəllidir. Hərflərinə qədər bəllidir. Buna görə də, çətin olan heç nə yoxdur. Kameraların gedəcəyi yerlər bəllidir. Buradan keçəcək gəmilər bəllidir. İnsanın edəcəyi, çətinlik çəkəcəyi heç nə yoxdur. Sadəcə Allaha təslim olmalıdır, taleyə təslim olmalıdır. Allahın göstərdiyi gözəl görünüşləri seyr etməli, Ona şükür etməli, həmd etməlidir. Onun böyüklüyünü söyləməlidir. Allahı təqdis etməlidir. SübhənAllah deməlidir. Bu. Yəni fərzləri yerinə yetirməlidir (hörmətli Adnan Oktarın Əl-Cəzirə telekanalına verdiyi müsahibəsindən, avqust 2007-ci il).