Ümidsizliyi yaşayan insanların ruh halları

İnsana həyat verən, diri saxlayan, xoşbəxt və rahat olmasını təmin edən ən mühüm mənəvi faktorlardan biri "ümidvar" ruh halıdır. Bu, bir insanın həyatını sağlam şəkildə davam etdirə bilməsi üçün də, lazım olan ən mühüm mövzulardan biridir. Necə ki, dünyada "ümidvar" ruh halını tam mənası ilə yaşamadıqları üçün, əzab və sıxıntı yaşayan, özlərinə zülm edən, dünyanı özlərinə yaşanılmaz yer halına gətirən çox sayda insan var.
Bu insanların problemi, baş verən bütün hadisələri tamamilə Allahın idarə etdiyini düşünməmələri, taleyə tam təslim olmamalarıdır. Halbuki insana ancaq, Allaha və Onun yaratdığı taleyə tam təslim olmaq rahatlıq verər. Gələcəyə ümid bəsləməsi, qorxu və narahatlıqlara qapılmadan, təvəkkül edərək yaşaması, onu həm maddi, həm də mənəvi cəhətdən sağlam edəcək. Əks halda təmkinli və sağlam olması qeyri-mümkündür. Gələcəkdən ötrü, hətta bir an sonradan belə, narahatlıq və qayğı içində yaşayan insan sanki həyatda yaşyarkən, həyatını itirmiş kimidir. Belə bir insandan böyük təşəbbüslər, böyük xidmətlər, gözəl fikir və düşüncələr, gözəl davranışlar gözləmək də yanlış olar. Çünki o ruhunda dayanmadan davam edən məmnuniyyətsizlik və narahatlığı yaşayır.
Nəfsinin xoşlamadığı ən kiçik hadisə ilə qarşılaşdığı zaman sarsılan, depressiyaya düşən, ruhən çökən bu insanlar bir çox cəhətdən ziyana məruz qalarlar. Ruhları əldən düşər; bununla birlikdə bədənləri də çökər. Halbuki insan ancaq təslimiyyətli və təvəkküllü ruh halına sahib olduqda, rahat, sağlam və məhsuldar olacaq şəkildə yaradılıb.
İman gətirməyən bir insan üçün hər şey problem ola bilir. Mühüm bir gündə xəstələnməsi, mütləq iştirak etməsi lazım olduğunu düşündüyü bir dəvətə gedə bilməməsi, bir araşdırmasını müvəffəqiyyətlə nəticələndirə bilməməsi, çox istədiyi bir istirahət məkanına gedə bilməməsi, özünü bəyəndirməyə çalışdığı insanların gözünə girə bilməməsi, hətta avtomobilində kiçik bir cızıq olması da, onda ani və böyük kədərlərə, ümidsizliklərə səbəb ola bilər. Buna bənzər kiçik hadisələr belə, anən əhval-ruhiyyəsinin pozulmasına səbəb ola bilər. Bunun səbəbi, dünya həyatına həddindən artıq dəyər verməsi, axirəti düşünməməsi, bir gün bu dünyanı tərk edib mütləq öləcəyi həqiqətini heç ağlına gətirməməsidir. Bunları düşünmədiyi üçün kiçik hadisələrdə, problemlərdə ilişib qalır və kiçik hədəflərə bağladığı ümidləri çox tez sarsıla bilir. Belə bir həyat tərzini mənimsədiyi üçün də, həmişə bədbəxt və narahat olar.
Fiziki görünüşündə hər hansı bir səbəbdən pozulma baş verən insan, bir müddət depressiyaya düşərək böyük ümidsizlik dövrü yaşaya bilər. Bu müddət ərzində, fiziki görünüşündə hər hansı qüsur olmadığını düşünərkən, gözlənilməz davranışlar göstərə bilər. Məsələn, çox gözəl və ya yaraşıqlı bir dostunun sahib olduğu xüsusiyyətləri qısqandığı üçün onu lağa qoyar, onu çirkin göstərməyə çalışan söhbətlər edər.
Başqa biri isə, eyni hadisə qarşısında içinə qapanar, heç bir dostuyla görüşməz. Bütün bunlar taleyə təslim olmamağın və təvəkkül etməməyin gətirdiyi davranış pozğunluqlarıdır.
Ümidsizlik insana heç nə qazandırmaz, nə əxlaqa, nə insanın ruh sağlamlığına, nə gələcəyinə, nə də hal-hazırdakı həyatına ən kiçik bir müsbət təsir göstərməz. Əksinə insanı xəstəliklərə, hətta ölümə qədər sürükləyə biləcək şəkildə mənəvi sarsıntıya salar. Ümid dolu olmağın isə, maddi və mənəvi cəhətdən qazandıracağı çox şey var. Əvvəla Allahın bir əmrini yerinə yetirdiyi üçün insan çox mühüm bir ibadəti yerinə yetirmiş və Allahın rizasını qazanmış olar.

İnsanın hər hadisə qarşısında ümid dolu olması, əsla ümidsizliyə qapılmaması ruhunda bir çox müsbət inkişafa səbəb olar. Təvəkküllü, dünya ehtirasları olmayan, səbirli, sakit, hadisələrin sürükləyib aparmadığı, güclü, məmnun, insanlar tərəfindən hörmət edilən, ağlına müraciət edilən, yetkin, lider xarakterli bir insan olacaq.