Allahın bəxş etdiyi sonsuz nemətlər, Ona güvənməyi və rəhmətindən ümidvar olmağı tələb edir

Möminin Allaha təslimiyyətini artıran ünsürlərdən biri də Allahın "Vədud" sifətini düşünməkdir. Allahın bu sifəti "çox sevən" mənasını verir. İnsanı yaradan, ona ruzi verən, sevdiyi hər şeyi ona verən, güldürən, görə bilməsini, eşidə bilməsini, düşünə bilməsini təmin edən, dua etdiyi zaman dualarını eşidib qəbul edən və ona daha bir çox nemətlər verən Allahdır.
Allah insanlar üçün ən gözəl rənglərdə, ən gözəl dadlarda yemək və içkiləri yaradandır. Çiyələyi, bananı, alçanı, portağalı, qarpızı, qovunu, pomidoru, kökü, bibəri, qarğıdalını, dondurma və ya şokolad növlərini və insanlara zövq verən daha minlərlə ləzzəti Allah yaradır. Bunlarla yanaşı, Allah insanların xoşuna gələn heyvanları, bitkiləri, ağacları, dənizi, çimərlikləri, idman növlərini, musiqi növlərini, izləyib bəyəndiyi filmləri, xoşladığı avtomobilləri və burada saymaqla bitirilə bilməyəcək bütün gözəllikləri də yaratmışdır.
Bunlara baxmayaraq, insanların çoxu nankorluq edər, Allaha tam şəkildə güvənə bilməz və Allahın rəhmətindən ümidlərini kəsərlər. Bu vəziyyət bir ayədə belə ifadə edilir:

Sizə istədiyiniz hər şeyi verdi. Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim Surəsi, 34) (İbrahim surəsi, 34)

Allah insanlara istədikləri hər şeyi vermişdir. İnsan öz nəfsində səmimi şəkildə təfəkkür etdikdə bu həqiqətə özü də şahid olacaq. Bunun qarşılığında Allahın insanlardan istədiyi şey təslimiyyətli, əlindəki nemətlərə görə qürurlanmayan və ya itirdiklərindən ötrü ümidsizliyə qapılmayan, dünya ehtiraslarından uzaq, məmnun ruh halı içində Ona yönəlmələridir, axirətdəki həqiqi və əbədi həyatlarını düşünmələri və buna görə davranmalarıdır.
Allah ayələrində bu dünyanın imtahan yeri olduğunu da ifadə edir. Çünki bu dünya həqiqi yurd deyil, əsil əbədi qalınacaq yer olan axirət yurdu üçün hazırlıq görmə, ruhi və əxlaq cəhətdən yetkinləşmə məkanıdır. Bu vəziyyətdə insanlar yaşadıqları müddət boyunca müxtəlif imtahanlarla qarşılaşacaqları üçün, Allaha təvəkküllü olmalı və hər cür imtahanla sınana biləcəkləri həqiqətinə hazır olmalıdırlar.

Özləri üçün hazırlanmış taleyi seyr edərkən, səbir edib ən gözəl rəftarı göstərənlər həm dünyada, həm də axirətdə qazanclı çıxacaq və bir çox xeyirlə qarşılaşacaqlar. Özlərini hadisələrin gedişatına buraxıb, taledən qafil şəkildə Qurana zidd reaksiyalar göstərənlər isə özlərinə zülm etmiş və Allahın rəhmətindən uzaqlaşmış olacaqlar.

Allah dünyaya bağlı, gələcək qayğısı olan, həris, hadisələri özünün idarə etdiyini sanaraq təkəbbürlənən və ən kiçik problem qarşısında ümidini itirib, nankorluq edənlərdən isə razı olmadığını bildirmişdir:

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan bunu geri alsaq, o, ümidini kəsmiş nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!” deyər. Çünki o, lovğadır. Səbir edən və saleh əməllər işləyənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük mükafat var. (Hud surəsi, 9-11)

Məhz möminlərin hər vəziyyətdə çox təvəkküllü olmaları, sevinclərindən və şövqlərindən heç nə itirməmələrinin sirri, iman gətirmələri və Allaha çox güvənmələridir. Möminlər çətin kimi görünən hadisələr qarşısında hər şeyin Allaha aid olduğunu, Allahın verdiyini və Allahın alacağını qavramış olmağın şüuru ilə hərəkət edərlər.

Könüllü təslimiyyət səmimi iman şərtidir

Adnan Oktar: Bildiyiniz kimi insanlar pula, mala, mülkə çox maraq göstərirlər, instinkt olaraq qorxunc ehtiras var. Ən çox ehtiras etdiyi şeydən, insanlara payladığın zaman, ruhları yetkinləşmiş olur, yəni ruhlarındakı o azğın duyğular sakitləşmiş olur, şəfqəti və sevgini daha şiddətli dadmış olur və Allaha təslimiyyətin zövqünü və gözəlliyini görmüş olur. Məsələn, bol pulu olan var-dövlət sahibinin ətini qopartmaq kimidir ondan pul istəmək, yəni "canımı istə, malımı istəmə" məntiqinə sahib olur onlar və çox şiddətli əzab da çəkər bir şeyə pul xərcləyərkən, yəni xəsislikdən özləri də məcburdur, lakin bunu edərlər.

Müsəlman Allah yolunda bol-bol xərclədiyi zaman, ruhunda fərəhlik və rahatlanma olur, həmçinin Allaha daha yaxınlaşar. Allah onu vəsilə edir, “bunu etsəniz sizin hidayətinizi artıraram” deyir Allah; mömində hidayət artımı olur, qəlbi fərəhlənir, ağlı açılır, həmçinin cəmiyyətdə nizam yaranır, zəngin və kasıbların sayı bərabərləşir, yəni tarazlıq meydana gəlmiş olur, düzgünlük meydana gəlmiş olur və ictimai ədalət yaranmış olur, bunun üçün də infaq, yəni ehtiyacdan artıq qalanı paylamaq müsəlmanın ən mühüm vəzifələrindəndir. Yəni cəmiyyəti ən gözəl hala gətirən, dinc hala gətirən, mehribanlığı artıran, sevgi ruhunu təşviq edən gözəllikdir, bu hz. Mehdi (ə.s) dövründə ən şiddətli olacaq. O qədər çox hədis vardır ki, hz. Mehdi (ə.s) dövründə malın bollaşacağı, hətta pula ehtiyac qalmayacağı, yəni mal bolluğundan insanlar nə edəcəklərini bilmirlər. Mal bolluğu problem olur, kasıblıq deyil, əksinə mal bolluğunun problem yaranacağı bildirilir Axırzamanda (hörmətli Adnan Oktarın Tempo telekanalına verdiyi müsahibədən, 3 fevral 2009-cu il).