İslam əxlaqının hakim olacağına ümid etmək fərzdir

Adnan Oktar: "Bu zülm yox olacaq" de, "Əfqanistan, Pakistan, Türkiyə, Mərakeş, Tunis, Əlcəzair hamısı xilas olacaq" de. "İslam dünyaya bu əsrdə hakim olacaq Allahın icazəsi ilə" de. Müsəlmanları şövqləndir. Sən bunu niyə deyə bilmirsən? Niyə mütləq "70 il daha bu sistem davam edəcək" deyirsən. "Əlimizdən gələni edib mütləq Allahın icazəsi ilə İslam əxlaqını hakim edəcəyik" de... Bunu deməyin fərzdir, bunu niyə deyə bilmirsən? İslam əxlaqı dünyaya hakim olacaq deyə ümidvar olması, müsəlmanların fərzidir. İslam əxlaqının dünyaya hakim olması üçün səy göstərməsi fərzdir. Nur surəsinin 55-ci ayəsində və Quranın bir çox ayəsində İslam əxlaqının dünya hakimiyyətindən bəhs edər. "Türk İslam aləmi birləşəcək" de. "Türklük aləmi birləşəcək, bütün dünyaya Türk İslam birliyi hakim olacaq" de. "Dünyanın lideri olacağıq inşaAllah zülm aradan qalxacaq dünyadan" de. Bunu desə mehdiyyəti də qəbul etməli olacağı üçün, deyə bilmir Çünki desə ki, Mehdi (ə.s) gəlməyəcək, lakin İslam dünyaya hakim olacaq desə, deyəcəklər ki, o zaman, "bunun lideri olacaq mı" deyəcəklər. Bu Türk İslam aləminin lideri olacaq mı, kim bu desələr, məsələ bitəcək təbii ki. Baxın burada sırf inadını davam etdirə bilmək üçün, bunu da deyə bilmir. Baxın fərz olan bu mövzunu deyə bilmir. Yəni bunda nə problem var, elə deyil? Çıx, sinəni gərə-gərə ümidvar olun, de. İslamın nuru bütün dünyaya hakim olacaq. Nə kommunizm qalacaq, nə faşizm qalacaq, nə darvinizm, nə də materializm, heç nə qalmayacaq. Bu əsrdə Allahın icazəsi ilə İslam əxlaqını hakim edəcəyik, var gücümüzlə səy göstərəcəyik, siz də səy göstərin, hər kəs səy göstərsin, İslam əxlaqını dünyaya hakim edək deyə bilmir. İslam əxlaqı bütün dünyaya hakim olsun deyə bilmir. Sevgi, sülh, qardaşlıq, dostluq gəlsin deyə bilmir (hörmətli Adnan Oktarın Samsun AKS telekanalına verdiyi müsahibədən, 16 sentyabr 2009-cu il).

Adnan Oktar: ..."Ümidvar olun". İndi bu xalq arasında belə bilinir; "yəni əslində elə də qurtuluş yolun yoxdur, lakin ümidvar olmaqda da fayda var", belə deyil. Ümidvar olmaqda nəzərdə tutulan şey; qəti gerçəkləşəcək olan hadisənin içindəsən gedirsən. Ümidvar budur, ümid hazırdır, sən ümidə doğru gedirsən. İnşaAllah. Budur, yəni "ümidvar" olmaqda risk yoxdur, ikinci ehtimal yoxdur. Məsələn, Türk İslam Birliyində ikinci ehtimal yoxdur. Məsələn, deyərlər ki; birinin problemi vardır, "indi biz taleyə boyun əyəcəyik" deyər. Sanki mənfi şeylə qarşılaşacaq da, o da ona dözürmüş kimi, bir üslub. Xeyr, sözü doğrudur, lakin türkcədə istifadəsini ruh halı olaraq bəzi insanlar yanlış bilirlər. Taleyə təvəkkül etmək, boyun əymək nə deməkdir bilirsənmi? Allahın dediyi ən mükəmməl şey olacaq, ən xoşbəxt olacağın, axirətin, dünya həyatın üçün ən mükəmməl hadisəyə doğru gedirsən deməkdir. Çünki Allah taledə heç vaxt səhv etməz, hadisələrdə heç vaxt səhv etməz.

Altuğ Bərkər: Hocam, Bədiüzzaman həzrətləri də, siz də onu çox sevirsiniz, həmişə dilə gətirirsiniz. O da sizin kimi belə çox ümidvar danışılmasının tərəfdarı idi. Özü də, məsələn, "ümidvar olun, gələcəkdə ən uca və gur səda İslamın sədası olacaq" deyə, o şərtlərdə, yəni dünya müharibələrində.

Adnan Oktar: Lakin bax, indi burada yenə bu, bu söz, bu danışıq yanlış anlaşılar. Bu ümidvar olma, ümumiyyətlə, məsələn, xərçəng xəstəsidir insan, ümidvar olun deyərlər. Lakin insan öləcək, elə deyil? Elə bilinər. Bu mənada ümidvarlıq deyil bu. Bədiüzzaman nə deyir bilirsənmi? "Mən" deyir, "gözümlə gördüm, zamandan kənara çıxdım" deyir. "Məkan və zaman yox oldu" deyir. "Zaman və məkan ölçüsündən kənara çıxdım, hadisələri Allahın istəyi ilə gördüm. Mehdi (ə.s)-ı da gördüm, hadisələri də gördüm. İslam əxlaqı hakim oldu deyir, mən gördüm, gəlib indi danışıram" deyir. "Ümidvar olun" deyir, "olacaq" deyir. Bu mənada deyir. Olmuş şeydən bəhs edir. Ümumiyyətlə bu yanlış tətbiq olunduğu üçün, yəni bunun hərdənbir bir qədər deyilməsində fayda var. Təbii ki, məsələn, ümidvar olun, eşidən: "tamamilə sevincini itirmə. Tamam, bu iş artıq baş tutmadı, lakin ümidsiz də olma, var gücünlə yenə səy göstər, lakin baş tutmadı artıq təbii ki", kimi, belə başa düşülər. Belə şey yoxdur. Bədiüzzamanın söylədiyi bu deyil. Bədiüzzaman, bilavasitə Mehdi (ə.s) ilə görüşmüş insandır. Yəni üz-üzə görüşmüş insandır Mehdi (ə.s) ilə... Hamısını bilir. Mehdi (ə.s)-ın doğum tarixini də bilir, harada, nə fəaliyyət göstərəcəyini bilir, nə cür fəaliyyət göstərəcəyini bilir, nə vaxta qədər fəaliyyət göstərəcəyini bilir, nə vaxt vəfat edəcəyini bilir. Tələbələrini bilir, nələrlə qarşılaşacağını bilir, hamısını söyləmişdir. Dolayısilə, elə yəni, o mənada ümidvar olun demir Ustad (hörmətli Adnan Oktarın Kocaeli telekanalına verdiyi müsahibədən, 2 fevral 2010-cu il).