Mömin, Allahın Qəffar sifətinə güvənər və ümidvar olar

Adnan Oktar: Allah rəhmət sahibidir. Rəhman və Rəhimdir. "Qullarına qarşı Şəfqətlidir", (Bəqərə surəsi, 207). Bu Quran ayəsidir, yəni məna cəhətdən yaxındır. Təbii ki, müsəlmanlar Allahın rəhmətini istəyər, mərhəmətini istəyərlər. Müsəlmanların yeri cənnətdir. Müsəlmanlar cənnətdən dünyaya gəlirlər və dünyadan da cənnətə gedərlər. Sonsuz cənnəti yaşayarkən o həyatın içindən dünyaya gəldi müsəlmanlar. Küfr əhli də cəhənnəmin içindən gələr. Çünki baxın tək bir an. An, saniyə deyil, salisə də deyil, salisənin milyonda biri də deyil. O an içində Allah sonsuz həyatı yaşatdı və bitirdi. Dolayısilə onsuz da müsəlmanlar hazırda eyni zamanda cənnətdədirlər. Onsuz da Allah söyləyir, Əbu Ləhəbin, cəhənnəmdəki halını söyləyir. Adam həyatdaykən söyləyir Allah. Ona görə də, həzrəti Peyğəmbər (s.ə.v)-in, digər şəxslərin cənnətdəki həyatı da bildirilir. Dolayısilə onlar hazırda cənnətdədirlər.

Müsəlman hüsnü-zənn etməlidir inşaAllah. Allahdan ümidvar olmalıdır. Allah Rəhman və Rəhimdir və qoruyandır, Qəffardır. Biz Allahı böyük sevgi ilə, ehtirasla sevərik və Onun təcəllilərini də ehtirasla sevərik. "Sizə əzab vermək Allahın nəyinə gərəkdir?" (Nisa surəsi, 147) deyir Allah, şeytandan Allaha sığınıram. Belə əzab vermə ehtiyacı olan bir varlıq deyil Allah. Allah xoşbəxt olmağımızı, gözəl olmağımızı, xeyir olmasını istəyir, hər şeyin gözəl olmasını istəyir. Həmçinin mükəmməl nizamdan da onsuz da bunu müsəlman açıqca görür. Buna görə də, Allaha tam təslimiyyət, Qurana tam təslimiyyət, Qurana tam tabe olmaq, gözəl əxlaqlı olmaq və səmimi olmaq. Bunun xaricində rahat olsunlar qardaşlarımız (hörmətli Adnan Oktarın Tempo telekanalına verdiyi müsahibədən, 28 sentyabr 2008-ci il).