Allahın Quranda iman gətirənlərə verdiyi vədlər

Kim tövbə edərək saleh əməllər işləsə, həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş halda Allaha qayıdar. (Furqan surəsi, 71)

Şeytan sizi yoxsulluqla qorxudur və çirkin işlər görməyi əmr edir. Allah isə sizə bağışlanma və bol ehsan (lütf) vəd edir. Allah (mərhəməti ilə) genişdir, biləndir! (Bəqərə surəsi, 268)

Buna görə ki: Allah, münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınlara əzab verəcək; mömin kişilərin və mömin qadınların tövbələrini qəbul edəcək. Allah çox bağışlayandır, çox rəhm edəndir. (Əhzab surəsi, 73)

Allah, iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, onlar üçün bağışlanma və böyük mükafat var. (Maidə surəsi, 9)

 

Allah möminlərin pis əməllərini yaxşı əməllərə çevirər

Lakin tövbə edən, iman gətirən və saleh işlər görənlərdən başqa! Məhz Allah onların günah əməllərini yaxşı əməllərə çevirər. Allah çox bağışlayandır, çox rəhm edəndir. (Furqan surəsi, 70)

İman gətirib saleh əməllər işləyən və Məhəmmədə endirilən (Qurana) (belə ki, o Rəbbindən gələn haqqdır) iman gətirənlərin (Allah), pis əməllərini üstünü örtüb bağışlamış, vəziyyətlərini düzəldib islah etmişdir. (Məhəmməd surəsi, 2)

Məhz bunlar; əməllərinin ən yaxşısını qəbul edərik, günahlarından keçərik (bunlar) cənnət əhli içərisindədirlər. (Bu,) Onlara verilmiş gerçək vəddir. (Əhqaf surəsi, 16)

 

Allah dinini üstün edəcək, batili yox edəcək

Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi, onları da yer üzündə “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqdirlər. (Nur surəsi, 55)

And olsun ki, Allah, sənə o ağacın altında beyət edərkən möminlərdən razı oldu, qəlblərində olanı bildi, onlara “güvən duyğusu və hüzur” endirdi və onlara yaxın bir zəfəri savab (qarşılıq) kimi verdi. (Fəth surəsi, 18)

    De: "Haqq gəldi, batil yox oldu. Çünki batil yox olmağa məhkumdur". (İsra surəsi, 81)

Məhz (yer üzünün hakimiyyətinə və axirətin nemətlərinə) bunlar varis olacaq. (Muminun surəsi, 10)

 

Allah çətin vəziyyətlərdə möminləri Mələklər ilə dəstəkləyər

Bəli, əgər səbir etsəniz, çəkinsəniz və onlar da anən üstünüzə hücum çəksələr, Rəbbiniz sizə nişanlanmış beş min mələklə yardım edər. (Ali İmran surəsi, 125)

Şübhəsiz ki; "Rəbbimiz Allahdır!" deyib sonra dosdoğru yol tutanlar (var ha); onların üzərinə mələklər enər və belə deyər: "qorxmayın və kədərlənməyin, sizə vəd olunan Cənnətlə sevinin". (Fussilət surəsi, 30)

 

Allah Öz dininə kömək edənlərə kömək edər

Onları hidayətə yönəldəcək və vəziyyətlərini düzəldib islah edəcək. Həmçinin onları, özlərinə təsvir edib tanıtdığı cənnətə daxil edəcək. Ey iman gətirənlər! Əgər siz Allaha (Allah üçün İslama və müsəlmanlara) kömək etsəniz, O da sizə kömək edər və sizin ayaqlarınızı möhkəmlədər. (Məhəmməd surəsi, 5-7)

O kəslər ki, yanlarındakı Tövrat və İncildə (gələcəyi) yazılmış olduğunu görəcəkləri, ümmi xəbər gətirici (Nəbi) olan elçiyə (Rəsul) tabe olarlar. O onlara yaxşı əməlləri buyurur, pis əməlləri isə qadağan edir, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edir. Onların ağır yüklərini və üzərlərindəki zəncirləri endirir. Ona iman gətirən, onu dəstəkləyən, onu müdafiə edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157)

Onlar ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi (məğlubiyyətə uğratmasaydı), monastırlar, kilsələr, sinaqoqlar və içərisində Allahın adı çox zikr olunan məscidlər mütləq dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Güclüdür, Əzizdir. (Həcc surəsi, 40)

Biz səndən əvvəl onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Beləliklə, Biz də günahkarlardan intiqam aldıq. İman gətirənlərə yardım etməksə, Bizim borcumuzdur. (Rum surəsi, 47)

Rum (orduları) məğlubiyyətə uğradı. Yaxın bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Bundan əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər sevinəcəklər; Allahın köməyi ilə. O, istədiyinə kömək edər. O, Güclü və Üstündür, Rəhmlidir. Bu Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 2-6)

 

 

Allah dualara razılıq edər

Zün-Nunu (Yunis) da yada sal! Bir zaman o qəzəbli halda getmiş və bundan ötrü onu çətinliyə salmayacağımızı güman etmişdi. (Balığın qarnındakı) zülmətlər içində: “Səndən başqa İlah yoxdur! Sən Ucasan, həqiqətən mən zalımlardan oldum” deyə səsləndi. Bundan sonra onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Məhz Biz iman gətirənləri belə xilas edərik! (Ənbiya surəsi, 87-88)

Andolsun Nuh Bizə (dua edib) səslənmişdi ki, nə gözəl cavab vermişdik. Onu və ailəsini o böyük təəssürdən qurtardıq. (Saffat surəsi, 75-76)

Necə ki, Rəbbi onlara (dualarını qəbul edərək) belə cavab verdi: “Şübhəsiz ki, Mən, sizlərdən kişi və ya qadın olmasından asılı olmayaraq, heç bir kəsin əməyini puç etmərəm. Sizin bəziniz bəzinizdəndir. Məhz, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda işgəncəyə görənlərin, vuruşub öldürülənlərin, mütləq günah əməllərinin üstünü örtəcək və onları altlarından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir qarşılıqdır (mükafatdır). Gözəl qarşılıq (mükafat) məhz Allahın yanındadır”. (Ali İmran surəsi, 195)

Beləliklə onun duasına cavab verdik. Üstündən o dərdi götürdük. Ona qatımızdan bir mərhəmət və ibadət edənlərə zikr olsun deyə, ailəsini və onlarla birlikdə bir mislini daha verdik. (Ənbiya surəsi, 84)

 

Allah möminlər üçün asanlıq istəyər

Lakin kim versə və qorxub çəkinsə, həmçinin ən gözəl olanı təsdiqləsə, Biz də onu asan olan üçün müvəffəq edəcəyik. (Leyl surəsi, 5-7)

...Kim Allahdan qorxub çəkinsə, (Allah) ona, işində asanlıq göstərər. (Talaq surəsi, 4)

...Allah heç bir nəfsin üzərinə ona verdiyindən artıq yük qoymaz. Allah bir çətinlikdən sonra asanlıq verəcək. (Talaq surəsi, 7)

Deməli, həqiqətən çətinlikdən sonra asanlıq var. Həqiqətən çətinlikdən sonra asanlıq var. (İnşirah surəsi, 5-6)

...Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər. (Bu asanlıq) sayı tamamlamağınız və sizi doğru yola (hidayətə) yönəltdiyinə görə Onu böyük bilməyiniz üçündür. Ümid olunur ki, şükür edəsiniz. (Bəqərə surəsi, 185)

 

Allah mömin qullarına rəhm edər

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün dua edirlər). O möminlərə qarşı çox Rəhmlidir. (Əhzab surəsi, 43)

Mömin kişilərlə mömin qadınlar bir-birinin vəlisidirlər. Yaxşı əməlləri buyurar, pis əməllərə qadağa qoyar, dosdoğru namaz qılar, zəkat verər, Allaha və Onun Elçisinə itaət edərlər. Məhz Allah bunlara rəhm edəcək. Şübhəsiz ki, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Tövbə surəsi, 71)

 

Allahın möminlərə axirətdə verdiyi vədlər

Allah səbr edənlərə qarşılığını ən gözəl şəkildə verəcək

Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl bunları nə sən, nə də sənin ümmətin bilirdi. O zaman səbr et! Şübhəsiz ki, (gözəl) nəticə təqva sahiblərinindir. (Hud surəsi, 49)

Səbr et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. (Hud surəsi, 115)

Və onları səbr etdiklərinə görə Cənnət və ipəklə mükafatlandırmışdır. (İnsan surəsi, 12)

“Səbr etdiyinizə görə sizə salam olsun. (Dünya) yurdun(un) sonu necə də gözəldir”. (Rad surəsi, 24)

Məhz onlar, səbr etdiklərinə görə (cənnətin ən gözəl yerində) otaqlarla mükafatlanar və orda sağlamlıq arzusu və salamla qarşılanarlar. Orda əbədi qalacaqlar; o, necə də gözəl qərargah və necə də gözəl məskəndir. (Furqan surəsi, 75-76)

De: "Ey iman gətirən bəndələrim, Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlər üçün yaxşılıq var. Allahın Ərzin genişdir. Ancaq səbr edənlərə mükafatları hesabsız ödənilər". (Zumər surəsi, 10)

 

Allah saleh əməllər işləyənlərə Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir

Allah mömin kişilərə və mömin qadınlara içində əbədi qalmaq üçün, altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahdan olan razılıq isə ən böyükdür. Məhz, böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 72)

Ədn cənnətləri; qapılar onlar üçün açılmışdır. İçində yaslanıblar; orada bir çox meyvə və şərab istəyirlər. Həmçinin onların yanında gözlərini yalnız ərlərinə dikmiş həmyaşıd qadınlar var. Məhz haqq-hesab günü sizə vəd edilən budur. Şübhəsiz ki, bu, Bizim ruzimizdir, o tükənməzdir. (Sad surəsi, 50-54)

"İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri də (onlarındır). Həmçinin bu, təmizlənmiş kimsənin qarşılığıdır". (Taha surəsi, 76)

Ədn cənnətləri (onlarındır); oraya girəcəklər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənəcəklər. Həmçinin orada onların paltarları ipək(dən) olacaq. (Fatir surəsi, 33)

Lakin Rəbbindən qorxanlar isə; onlar üçün uca köşklər var, onların üstündə də uca köşklər inşa edilmişdir. Onların altında çaylar axır. (Bu,) Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər surəsi, 20)

 

Allah möminlərə sonsuz nemətlərlə dolu cənnət həyatı vəd etmişdir

Ədn cənnətləri (onlarındır) ki, Rəhman (olan Allah, onu) Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi yerinə yetəcək. Orada “boş söz” eşitməzlər; yalnız salam (sözünü eşidərlər). Səhər-axşam, onların ruziləri oradadır. O cənnət; Biz, bəndələrimizdən təqva sahibi olanları (ona) varis edəcəyik. (Məryəm surəsi, 61-63)

De: “Bu daha yaxşıdır, yoxsa təqva sahiblərinə vəd edilən əbədi cənnət?” Belə ki, bu onlar üçün mükafat və son dayanacaqdır. İçində əbədi qalanlar olaraq orada istədikləri hər şey onlarındır. Bu, Rəbbinin Öz öhdəsinə götürdüyü, arzu olunan vəddir. (Furqan surəsi, 15-16)

(Ancaq) Həqiqətən, iman gətirib saleh əməllər işləyənlər isə; onlar üçün nemətlərlə dolu cənnətlər var. Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, üstün və güclü olandır, hökm və hikmət sahibidir. (Loğman surəsi, 8-9)

Təqva sahiblərinə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar var. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Heç (belə mükafat alan kimsə) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərmi? (Məhəmməd surəsi, 15)

Lakin Rəbbindən qorxub çəkinənlər; onlar üçün Allah qatında (ziyafət olaraq) altından çaylar axan (içində əbədi qalacaqları) cənnətlər var. Yaxşılıq edənlər üçün, Allah qatında olanlar daha xeyirlidir. (Ali İmran surəsi, 198)

Orada taxtlara yaslanacaqlar. Orada nə (yandıran) günəş, nə də donduran soyuq görəcəklər. (Meyvələrin) kölgələri onlara çox yaxındır və dərilmələri xeyli asanlaşdırılıb. Ətraflarında gümüşdən büllur qablar, badələr dolandırılacaq. Gümüşdən büllur qablar ki, onları müəyyən ölçü əsasında düzəldiblər. Orada onlara bir qədəh içirdiləcək ki, qatışığı zəncəfildir. Bir çeşmə ki, orada "səlsəbil" adlandırılar. Ətraflarında əbədi (gənc və gümrah olan) yeniyetmələr dolanar; sən onları gördüyün zaman ətrafa saçılmış mirvari dənələri hesab edərsən. Hara baxsan, nemət və böyük mülk görərsən. Onların üzərində ipək və atlazdan toxunmuş yaşıl paltarlar var. Gümüş bilərziklərlə bəzəniblər. Rəbbi onlara tərtəmiz şərab içirtmişdir. Şübhəsiz ki, bu, sizin üçün mükafatdır. Sizin səy göstərməyiniz təşəkkürə layiqdir. (İnsan surəsi, 13-22)

İman gətirib saleh əməllər işləyənlər, Biz onları altından çaylar axan, içində əbədi qalacaqları cənnətlərə daxil edəcəyik. Bu, Allahın gerçək vədidir. Sözündə Allahdan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Mülk, o gün yalnız Allahındır. O, onların arasında hökm verəcək. Artıq iman gətirib saleh əməllər işləyənlər; onlar nemətlərlə dolu cənnətlərdədirlər. (Həcc surəsi, 56)

Şübhəsiz ki, iman gətirib saleh əməllər işləyənlərə gəldikdə; onlar üçün altından çaylar axan cənnətlər var. Məhz “böyük qurtuluş və xoşbəxtlik” budur. (Büruc surəsi, 11)

O gün, elə üzlər də vardır ki, nemətlər arasında (əngin xoşbəxtlik içindədirlər). Göstərdiyi səydən ötrü məmnundur. (Ğaşiyə surəsi, 8-9)

Lakin tövbə edən, iman gətirən və saleh əməllər işləyənlər (istisnadır); məhz bunlar cənnətə girəcək və heç bir mövzuda zülmə məruz qalmayacaqlar. (Məryəm surəsi, 60)

Təqva sahiblərinə vəd edilmiş Cənnətin vəsfi belədir; onun altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Bu qorxub çəkinənlərin (xoşbəxt) aqibətidir, inkar edənlərin aqibəti isə Oddur. (Rad surəsi, 35)

Bizim qatımızda sizi (Bizə) yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Lakin iman gətirib saleh əməllər işləyənlər istisnadır. Məhz onlar; onlar üçün etdikləri əməllərə qarşılıq olaraq qat-qat mükafat var və onlar uca köşklərində əmin-amanlıq içindədirlər. (Səba surəsi, 37)

Lakin tövbə edənlər, islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini şərik qoşmadan Allaha məxsus edənlər istisnadır; məhz bunlar möminlərlə birlikdədirlər. Allah möminlərə böyük mükafat verəcək. (Nisa surəsi, 146)

 

Allah saleh əməllərin qarşılığını tam verəcək

Kişi və ya qadın olmasından asılı olmayaraq, mömin olaraq saleh əməl işləyənə, Biz mütləq gözəl həyat bəxş edəcək və ona etdiyi əməllərin qarşılığını, etdiyi əməllərin ən gözəliylə mütləq verəcəyik. (Nəhl surəsi, 97)

Buna görə də, iman gətirib saleh əməllər işləyənlər; bunlar üçün bağışlanma və üstün ruzi var. (Həcc surəsi, 50)

Bütün insan qruplarını öz imamlarıyla birlikdə çağıracağımız gün, artıq kimin kitabı sağ əlinə verilsə, o öz kitabını oxuyacaq və xurma çəyirdəyindəki lif qədər haqsızlığa məruz qalmayacaq. (İsra surəsi, 71)

Şübhəsiz ki, iman gətirib saleh əməllər işləyənlər isə; Biz həqiqətən ən gözəl davranışı göstərən kimsənin mükafatını puç etmərik. (Kəhf surəsi, 30)

Həqiqətən, Allah zərrə qədər haqsızlıq etməz. (Bu qədər) yaxşı əməl olsa, onu qat-qat artırar və öz tərəfindən də böyük mükafat verər. (Nisa surəsi, 40)

Artıq iman gətirib saleh əməllər işləyənlərə gəldikdə; Rəbbi onları Öz mərhəmətinə qovuşdurar. Məhz açıq-aydın olan “böyük xoşbəxtlik və qurtuluş” budur. (Casiyə surəsi, 30)

Artıq kim mömin olaraq saleh əməllər işləsə, onun səyi üçün (qarşılıq olaraq) küfran (nankorluq) yoxdur. Şübhəsiz ki, Biz, onu yazanlarıq. (Ənbiya surəsi, 94)

Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, qəlbən (Allaha) itaət edən kişilər və qəlbən (Allaha) itaət edən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və səbirli qadınlar, hörmətlə (Allahdan) qorxan kişilər və hörmətlə (Allahdan) qorxan qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox-çox zikr edən kişilər və Allahı çox-çox zikr edən qadınlar; (məhz) bunlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

 

Mallarını infaq edənlərin qarşılığını Allah artıraraq verəcək

De: “Həqiqətən, mənim Rəbbim istədiyi qullarının ruzisini artırar və azaldar. Hər nə infaq etsəniz, O (Allah), yerinə başqasını verər. O, ruzi verənlərin ən yaxşısıdır”. (Səba surəsi, 39)

Həqiqətən Allahın Kitabını oxuyanlar, namazı dosdoğru qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar infaq edənlər; qətiyyən səmərəsiz olmayacaq bir ticarətə ümid edə bilərlər. (Fatir surəsi, 29)

Onlara qarşı bacardığınız qədər qüvvə və kök atlar hazırlayın. Belə ki, bununla Allahın düşmənini, öz düşməninizi və bunlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi digər (düşmənləri) qorxudasınız. Allah yolunda hər nə infaq etsəniz, sizə “tam ödənilər” və sizə haqsızlıq edilməz. (Ənfal surəsi, 60)

Kiçik-böyük infaq etdikləri hər nəfəqə və (Allah yolunda) aşdıqları hər vadi, mütləq Allahın etdiklərinin daha gözəliylə onlara qarşılığını verməsi üçün, (bunlar) onlar adına yazılmışdır. (Tövbə surəsi, 121)

Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. (Bəqərə surəsi, 262)

Mallarını Allah yolunda infaq edənlər, sonra infaq etdikləri şeyin ardınca minnət qoymayan və əziyyət verməyənlərin mükafatları onların Rəbbi qatındadır, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274)

 


Allah yolunda səy göstərənlər qurtulanlardan olacaq

Lakin Rəsul və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (səy göstərdilər); məhz bütün xeyirlər onlarındır və qurtulanlar onlardır. Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırladı. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur. (Tövbə surəsi, 88-89)

Doğrudan da, Allah möminlərdən (qarşılığında onlara mütləq cənnəti vermək üçün) canlarını və mallarını satın almışdır. Onlar Allah yolunda vuruşarlar, öldürər və öldürülərlər. (Bu,) Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü gerçək bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirə biləcək kimdir? Elə isə etdiyiniz bu sövdələşmədən ötrü sevinin və bir-birinizi müjdələyin. Məhz “böyük qurtuluş və xoşbəxtlik” budur. (Tövbə surəsi, 111)

 

Allah şükür edənləri mükafatlandıracaq

Allah icazə vermədikcə heç bir nəfsə ölüm yoxdur. Bu, vaxtı bildirilmiş yazıdır. Kim dünyanın yararını (mükafatını) istəsə ona ondan verərik, kim axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri çox yaxında mükafatlandıracağıq. (Ali İmran surəsi, 145)

Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir. Beləliklə kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində onun üçün heç bir problem yoxdur. Kim də qəlbən bir yaxşılıq etsə (qarşılığını alar). Şübhəsiz ki, Allah şükrün əvəzini verəndir, Biləndir. (Bəqərə surəsi, 158)

 

 Allah yolunda ölənlərə böyük mükafat var

Elə isə dünya həyatını atıb axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Kim Allah yolunda vuruşarkən, öldürülər və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik. (Nisa surəsi, 74)

And olsun, əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allahın bağışlaması və rəhməti, onların yığdıqları bütün şeylərdən daha xeyirlidir. (Ali İmran surəsi, 157)

Allah yolunda öldürülənləri əsla “ölü” hesab etməyin. Xeyr, onlar öz Rəbbi qatında diridirlər və onlara ruzi verilir. (Ali İmran surəsi, 169)

Allah yolunda hicrət edib öldürülən və ya ölənlərə gəldikdə, Allah mütləq onlara gözəl ruzi bəxş edəcək. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır. Onları, həqiqətən məmnun qalacaqları bir yerə daxil edəcək. Şübhəsiz ki, Allah Biləndir, Həlimdir. (Həcc surəsi, 58-59)

 

Möminlər qiyamət günündə və axirətdə heç bir çətinliklə qarşılaşmayacaqlar

Artıq kimin kitabı sağ tərəfindən verilsə, o, yüngül sorğu-suala çəkiləcək və yaxınlarına sevinc içində qayıdacaq. (İnşiqaq surəsi, 7-9)

Artıq bu gün, iman gətirənlər kafirlərə gülürlər. Taxtlar üzərində seyr etmək surətiylə (Mutaffifin surəsi, 34-35)

Lakin iman gətirib saleh əməllər işləyənlər istisnadır; onlar üçün tükənməz əcr (mükafat) var. (İnşiqaq surəsi, 25)

Ey iman gətirənlər, Allaha qəti şəkildə tövbə edin. Ola bilsin ki, Allah sizin günahlarınızın üstünü örtər və sizi altından çaylar axan cənnətlərə daxil edər. O gün Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri alçaltmayacaq. Nurları, önlərində və sağ tərəflərində qaçıb parıldayar. Onlar belə deyərlər: "Ey Rəbbimiz nurumuzu tamamla və bizi bağışla. Şübhəsiz ki, Sən hər şeyə qadirsən". (Təhrim surəsi, 8)

Qiyamət saatının gələcəyi gün (möminlərlə kafirlər bir-birindən) ayrılacaqlar. Beləliklə iman gətirib saleh əməllər işləyənlər; artıq onlar “cənnət bağçasında” “sevinc içində qonaqlanarlar”. (Rum surəsi, 14-15)

Lakin özlərinə yaxşılıq etdiyimiz insanlar, məhz, onlar ondan uzaqlaşdırılıblar. Onun xışıltısını belə eşitməzlər. Onlar nəfslərinin arzuladığı (saysız nemət) içində əbədi qalacaqlar. Onları, o ən böyük qorxu kədərləndirməz. "Məhz bu sizin gününüzdür, sizə vəd edilmişdi" deyə mələklər onları qarşılayacaqlar. (Ənbiya surəsi, 101-103)

 

Allah, Özünə və elçisinə itaət edənlərə cənnəti vəd etmişdir

Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət etsə, Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Məhz böyük qurtuluş və xoşbəxtlik budur. (Nisa Surəsi, 13)

Kim Allaha və Rəsula itaət etsə, məhz onlar Allahın özlərinə nemət verdiyi peyğəmbərlər, doğrular (və təsdiqləyənlər), şəhidlər və salehlərlə birlikdədirlər. Onlar necə də yaxşı yoldaşdırlar? (Nisa surəsi, 69)

Lakin sizdən kim Allaha və Rəsuluna qəlbən itaət edərək saleh əməl işləsə, onun mükafatını ikiqat verərik. Həmçinin Biz onun üçün üstün ruzi hazırlamışıq. (Əhzab surəsi, 31)

Belə ki, O (Allah) əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Elçisinə itaət edərsə, artıq o qurtulmuşdur. (Əhzab surəsi, 71)

Yaralandıqdan sonra Allahın və Elçisinin dəvətini qəbul edənlər, aralarından yaxşılıq edənlər və çəkinənlər üçün böyük mükafat var. (Ali İmran surəsi, 172)