Vəsvəsədən xilas olmaq

İnsanların bir hissəsi də vəsvəsənin boş xülyalardan ibarət olduğunu bilər, lakin bundan xilas olmaq məsələsində iradə göstərməzlər. Halbuki bu hərəkət şeytanın insanı inkar etməyə dəvət etməsinə, fəaliyyətlərinə davam etməsinə icazə vermək mənasını verər. Pisliyə istiqamətləndirən bir səsə qarşı laqeyd qalmaq, “bunun mənə bir zərəri olmaz” şəklində düşünmək şeytanın tələsinə düşmək deməkdir. Bunu görən bir insanın bundan qəti şəkildə xilas olmağa çalışması lazımdır. Çünki şeytan insana vəsəvəsədən xilas olmağın çətin məsələ olduğunu təlqin etməyə çalışar. Hamısından əhəmiyyətlisi də, şeytan vəsvəsəni verənin özü olduğunu gizlədər və bunun insanın öz zehninin yaratdığı düşüncələr, xülyalar olduğuna yanılmasına sürükləyər.
Şeytan bir çox xülyanı insanın zehninə təlqin edərək, onun üçün içindən çıxılması qeyri-mümkün kimi görünən bir mənzərə meydana gətirər. İnsan da bu süni problemləri həll etməsinin mümkün olmadığını görüb ümidsizliyə və pessimizmə qapılar. Halbuki hadisələrə Quran gözüylə baxsa, hər şeyi hər an yaradanın Allah olduğunu və istədiyi təqdirdə hər şeyi yaratmağa gücünün çatdığını bilər, hər mövzuda Ona yönələr və ondan kömək istəyər. Allahın, səmimi qullarını içində olduqları sıxıntıdan qurtaracağını və onlara Ona yönəlmələrindən və güvənmələrindən ötrü daxaili rahatlıq və xoşbəxtlik nəsib edəcəyini bilər və ümid edər. Rəbbimizdən qafil yaşayan insanlar isə hər şeyi özlərinin həll etmələri lazım olduğunu düşünər və güclərinin tükəndiyi yerdə yıxılıb qalarlar.

Halbuki insanın sürətlə gəlib keçən dünyada yaşadığı hər an çox qiymətlidir və əsla boş qorxular, faydasız xülyalarla bu "təyin olunmuş" müddət keçirilməməlidir. İnsan həmişə müsbət düşünməli, yaranma məqsədinə uyğun bir həyat yaşamalıdır. Məhz belə bir səy göstərən insan, Allah istədiyi təqdirdə dünyada və axirətdə gözəllik tapar. Allaha imanın, taleyə təslimiyyətin dincliyini dərk edən bu insanın şeytanın hiyləsinə düşməsi qeyri-mümkündür. Yəni vəsvəsə bəlasından xilas olmağın yolu, Allaha sığınmaq və Rəbbimizin istədiyi kimi yaşamaq və davranmaqdır:

(Allahdan) çəkinənlərə şeytandan bir vəsvəsə toxunduğu zaman, yaxşı şəkildə düşünərlər (Allahı zikr edib xatırlayarlar), sonra da dərhal görüb anladıqlarını görərsən. (Əraf surəsi, 201)

 Şeytanın pıçıldadığı boş xülyalardan xilas olmağın yolu, digər bir ayədə də belə ifadə edilib:

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. (Əraf surəsi, 200)

Göründüyü kimi möminlər üçün şeytanın vəsvəsələri heç bir problem yaratmaz. Sahib olduqları iman və davamlı Allahı xatırlamaları, şeytana və onun vəsvəsələrinə qapılmamalarını təmin edər. Sığınacaq heç bir yerləri olmayan inkarçıların isə vəsvəsə və şeytanın oyunları ilə mübarizə apara biləcək gücləri də yoxdur. Şeytanın əmri altında olan insanlar olmaqdan heç vaxt xilas ola bilməzlər. Necə ki, şeytanın iman gətirənlər üzərində heç bir gücü olmadığı, təkcə inkar edənlərə gücünün çatdığı ayələrdə belə bildirilib:

(Şeytan) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (sənə qarşı çıxmağı və dünya ehtiraslarını) bəzəyib cəlbedici göstərəcəyəm və onların hamısını mütləq azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. Allah dedi: “Bu, Mənə görə dümdüz olan yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir gücün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”. (Hicr surəsi, 39-42)